Bakı. Trend:
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda böyük potensialmövcuddur. Bu marşrut bu gün Avrasiya ticarətinin əsas arteriyasınaçevrilib.
Trend xəbərverir ki, bunu Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanovabu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışızamanı deyib.
Onun sözlərinə görə, son 5 ildə Qazaxıstan bu marşrut üzrəticarət dövriyyəsini təxminən 6 dəfə artırıb:
"Keçən il marşrut üzrə dövriyyə 4,5 milyon dollar olub. Bu ilisə həcmin daha da artırılması planlaşdırılır və ilin sonuna 5milyon dollara çatdırılması nəzərdə tutulur".
Nazir müavini vurğulayıb ki, Qazaxıstan həmçinin rəqəmsaləməkdaşlıq və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirir:
"İT, süni intellekt və rəqəmsal platformaların inkişafı bu günrəqabət qabiliyyətini artıran əsas amillərdəndir. İşgüzar səfərimzamanı çox maraqlı rəqəmsal məhsullarla tanış oldum və onları milliqanunvericiliyimizə tətbiq etməyi planlaşdırırıq. Rəqəmsal həllərləfrançayzinq modellərinin birləşməsi böyük perspektivlər açır,ticarəti daha əlçatan, şəffaf və sürətli edir".
 
                        