AZ

Ruhani və Zərifə ağır ittiham: İrana xəyanət ediblər

BAKI, 30 oktyabr. TELEQRAF

“Nüvə üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı”na (JCPOA) imza atanlar və onun təsisçiləri xəyanətkardır”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin üzvü Qasım Rəvanbəxş deyib.

Deputat onları xalqın milli maraqlarını heçə saymaqda ittiham edərək, mühakimə edilməli olduqlarını bildirib.

“Bu sazişin səbəbkarları və müəllifləri bu gün xalq qarşısında cavab vermək əvəzinə tələbkar tonda danışırlar, məncə, onlar məhkəməyə çıxarılmalıdır.

Kimsə nüfuz, pul və ya mükafat müqabilində milli maraqlardan geri çəkilərək ölkəyə zərər verən sazişi imzalayırsa, onların cavabdehlikdən yayınmasına yol verilməməlidir. Bu şəxslər xalq qarşısında məsuliyyət daşıyır və məhkəmə onlara qarşı qanuna uyğun olaraq hərəkət etməlidir”.

Qeyd edək ki, JCPOA 2015-ci ildə İranla ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında imzalanıb. O zaman İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif olub. Sənədə də xarici işlər naziri imza atıb.

Həsən Ruhani və Məhəmməd Cavad Zərif son günlərdə Rusiya ilə bağlı tənqidi fikirlərinə görə İranın hakim dini-siyasi dairələri tərəfindən ciddi təndiq olunur.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr