AZ

“ƏDV limiti ən az 500 min manat olmalıdır”

Sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisi (ƏDV) qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata) planlaşdırılır.

Hazırda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ödənilən ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6% dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması qaydası tətbiq olunmaqdadır.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, sahibkarlar üçün əlavə dəyər verigisi limiti ən az 500 min manat olmalıdır: Marqarita pizza

“Əslində, bu artıma çoxdan ehtiyac var. Aydındır ki, 200 min manat hazırki tələbələrə uyğun gəlmir. Fikrimcə, sahibkarlar üçün əlavə dəyər verigisi limiti ən az 500 min manat olmalıdır. Amma heç olmasa, 400 min manat etsələr də, pis olmazdı. 200 min manat yalnız təkcə ƏDV ilə bağlı deyil.

Ümumiyyətlə, Vergi Məcəlləsində bir sıra məsələlər bu məbləğin ətrafındadır. Bu nə reallığı, nə də ötən illərdə baş verən inflyasiyanı əks etdirmir”.

İqtisadçı Xalid Kərimli vurğulayıb ki, dövriyənin artırılması daha çox sahibkarı əhatə edəcək:

“Bu məbləğin 200 min manatdan 400 min manata artırılması planlaşdırılır. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdə bu məsələ də nəzərdə tutulub. 200 minlik məbləğ təxminən 15 il öncə müəyyən edilmişdi. Bu rəqəm hazırda alıcılıq qabiliyyətini itirib. Ötən illər ərzində manat dəfələrlə inflyasiyaya olub. İndi isə 200 min manat müəyyən edilən zaman nəzərdə tutulan pulun alıcılıq qabiliyyətinə qayıdılır.

İnflyasiya pulun alıcılıq qabiliyyətini yemişdi. Nəticə ona gəlib çıxmışdı ki, 200 min manatlıq dövriyə azsayılı sahibkarları əhatə edirdi. Dövriyənin artırılması daha çox sahibkarı əhatə edəcək. Bunun əhatə dairəsi böyük olmadığına görə, sadələşmiş vergi büdcədə elə də xüsusi rol oynamır”.

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
9
3
yenisabah.az

4Mənbələr