Bakı. Trend:
Türkiyədə hüquq mühafizə orqanları mərkəzi Sinop olmaqla 6vilayətdə kibercinayətkar şəbəkəyə qarşı geniş-miqyaslı əməliyyatkeçirib.
Trend xəbər verirki, bu barədə Türkiyənin DİN rəhbəri öz rəsmi “X” hesabında məlumatyayıb.
Əməliyyatın gedişində 32 şübhəli saxlanılıb, onlardan 30u barədəhəbs qətimkan tədbiri seçilib, 2 nəfər isə yazılı iltizamnaməninalınmasından sonra sərbəst buraxılıb.
Nazirin verdiyi məlumata görə, cinayətkar şəbəkənin hesablarında524 milyon TL-dən çox vəsait olub, şübhəlilərə məxsus 5 avtomobilvə 410 bank hesabına həbs qoyulub. Şübhəlilər, internet saytlarıvasitəsilə qanunsuz mərc oyunları təşkil etməkdə və qanunsuz pulköçürmələrinə vasitəçilik etməkdə, qanunsuz mərc saytlarında reklamyerləşdirərək qanunsuz gəlir əldə etməkdə, həmin saytlar vasitəsiləistifadəçiləri aldadaraq pul almaqda ittiham olunurlar.