Ölkəmizi VI İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın voleybolçulardan ibarət yığmamızın rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, həmçinin oyunların təqvimi də açıqlanıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan yarışın reqlamentinə əsasən komandalar dairəvi sistemlə yarışacaq. Rəqiblərimiz Türkiyə, İran, Tacikistan və Əfqanıstan yığmaları olacaq.
Qeyd edək ki, qadın voleybolçulardan ibarət millimiz 2017-ci ildə Azərbaycanda keçirilən İslamiadada qızıl, 2022-ci ildə Türkiyədə keçirilən yarışda isə bürünc medal qazanıb.
İslamiadada millimizin oyunlarının təqvimi:
4 noyabr
   14:00 Azərbaycan -Tacikistan
   17:00 Türkiyə - İran
6 noyabr
   14:00 İran - Azərbaycan
   17:00 Türkiyə - Əfqanıstan
9 noyabr
   14:00 Əfqanıstan - Tacikistan
   17:00 Türkiyə - Azərbaycan
11 noyabr
   11:00 İran - Əfqanıstan
   14:00 Türkiyə - Tacikistan
12 noyabr
   11:00 İran - Tacikistan
   14:00 Azərbaycan - Əfqanıstan
 
                        