“Yuventus”un 5 oyunluq qələbəsizlik seriyası başa çatıb.
QOL.az xəbər verir ki, Turin klubu ötən gün Seriya A-nın 9-cu turunda “Udineze”ni 3:1 hesabı ilə məğlub edib.
Komanda A seriyasında əvvəlki 5 oyunda qalib gələ bilməmişdi. Sonuncu qələbə isə sentyabrın 13-də "İnter" üzərində olub - 4:2.
Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 15 xalla 7-ci pillədə qərarlaşıb.