AZ

Ali təhsillilər uşaq dünyaya gətirmək istəmir

Son illər Azərbaycanda doğuş göstəricilərinin azalması və əhalinin artım tempinin zəifləməsi narahatlıq doğurur.

Tribunainfo.az xəbər verir ki, həyəcan təbili çalan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, xüsusilə şəhərdə doğum səviyyəsi aşağı düşüb:

“Statistika göstərir ki, doğum səviyyəsi əsasən təhsili və sosial rifahı aşağı olan təbəqələrdə daha yüksək, ali təhsilli və şəhər mühitində yaşayan qadınlar arasında isə xeyli aşağıdır.

Bu, şüurlu və instinktiv doğuş arasındakı fərqi açıq göstərir. Biri məsuliyyətli seçimə, digəri vərdişə əsaslanır. Nəticədə dünyaya gələn uşaqların bəziləri şəxsiyyət kimi formalaşmaq imkanından çox, sadəcə say göstəricisi kimi qalır. Bu isə dövlətin sosial proqramlarının yükünü artırır”.

Gülşən Rəsul

Seçilən
15
1
tribunainfo.az

2Mənbələr