AZ

Nə? Harada? Nə zaman? ın keçmiş oyunçusu Rövşən Əsgərov Rusiyada cərimələndi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada "Nə? Harada? Nə zaman?" şousunun keçmiş oyunçusu Rövşən Əsgərov xarici agent fəaliyyəti qaydalarının pozulmasına görə cərimə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb.

Cərimənin məbləği 40 min rubl (təxminən 850 manat) təşkil edib. Məhkəmə icraçılarının məlumatına görə, R.Əsgərov hələ də ümumi məbləği 90 min rubl (təxminən 1 900 manat) olan iki cəriməni ödəməyib. Cərimələrə dair icra işləri başladılıb. Qeyd olunur ki, R.Əsgərov xarici agent olaraq hesabatları təqdim etməməyə və müvafiq nişanın olmamasına görə cərimələnib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
oxu.az

1Mənbələr