AZ

Siqareti atmaq üçün daha bir səbəb - insult riski iki dəfə azalır

"Siqareti tərgitdikdən bir il sonra insult riski yarıbayarı azalır".

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bunu nevroloq Yekaterina Demyanovskaya deyib.

Həkimin sözlərinə görə, siqareti tərgitdikdən cəmi bir il sonra insult riski 50 faiz azalır, 10–15 ildən sonra isə bu göstərici heç vaxt siqaret çəkməmiş insanlardakı qədər aşağı səviyyəyə düşür.

O əlavə edib ki, insult ehtimalını artıran səbəblər yalnız siqaret deyil, həm də alkoqol qəbulu və azhərəkətli həyat tərzidir. Onun sözlərinə görə, riski iki dəfə azaltmaq üçün həftədə ən azı 150 dəqiqə orta intensivlikdə və ya 75 dəqiqə yüksək intensivlikdə fiziki aktivlik kifayətdir.

Həkim həmçinin qeyd edib ki, insultun profilaktikası üçün arterial təzyiqə və xolesterin səviyyəsinə nəzarət etmək vacibdir:

“Xüsusilə qidalanmaya diqqət yetirmək lazımdır: duz, hisə verilmiş məhsullar və transyağlarla zəngin qidaların qəbulunu minimuma endirmək lazımdır. Bunlara adətən fastfud, marqarin, mağaza şirniyyatları, qəlyanaltılar və hidrogenləşdirilmiş yağlarda hazırlanmış yarımfabrikatlar daxildir”.

Həmidə İbrahimova

Seçilən
30
1
olke.az

2Mənbələr