AZ

Azərbaycanda Ombudsmanın seçilməsi prosedurunu şəffaflaşdırmaq lazımdır AVROPA ŞURASININ TÖVSİYYƏSİ VAR

ain.az bildirir, Gununsesi portalına istinadən.

Avropa Şurasının müstəqil ekspert orqanı olan İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası (ECRI) bu gün 2023-cü ildə verdiyi tövsiyələrin Ermənistan, Azərbaycan və Gürcüstan tərəfindən yerinə yetirilməsi ilə bağlı öz nəticələrini dərc edib.

Qurumdan Gununsesi.info-ya göndərilən hesabatda bildirilir ki, Azərbaycanla bağlı 2023-cü il hesabatında səlahiyyətli orqanlara ilk prioritet tövsiyə Ombudsmanın şəffaf seçilməsi və təyin edilməsi prosedurunu təmin etməklə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) səlahiyyətlərini, müstəqilliyini və effektivliyini ECRI standartlarına tam uyğunlaşdırmaqdan ibarət olmuşdur:

“Ayrı-seçkiliyə yol verilməməsi və bərabərliklə bağlı iş və şikayətlərlə məşğul olmaq üçün Ombudsman Aparatında ayrıca qurumun yaradılması və Ofis işçilərinin potensialının artırılması təklif olunub. Hal-hazırda Ombudsmanın Parlament tərəfindən seçilməsi düzgün istiqamətdə atılmış addım olsa da, ECRI bu fikirdədir ki, hazırda qanunda təsbit olunmuş prosedur kifayət qədər şəffaf deyil və seçim prosesində, xüsusilə də Azərbaycan Prezidenti tərəfindən namizədlərin irəli sürülməsi və ya ilkin seçilməsi mərhələsində hələ də icra hakimiyyətinin həlledici təsiri ola bilər. ECRI Ombudsmanı gücləndirmək üçün bəzi tədbirlərin görüldüyünü qəbul edir, lakin onun tövsiyəsinin qismən yerinə yetirildiyi qənaətinə gəlir”.

Sənəddə, həmçinin, ikinci prioritet tövsiyə – irqçi və LGBTİ-fobik nifrət nitqi və nifrət cinayəti halları sahəsindəki vəziyyətə də nəzər salınıb.

Bildirilir ki, bu sahədə əsas tövsiyyə hərtərəfli məlumat toplama sisteminin yaradılması və bu məlumatların ictimaiyyətə çatdırılması idi: “ECRI təəssüflə qeyd edir ki, nifrət nitqi və nifrət cinayəti haqqında cinayət kateqoriyasına, nifrət motivasiyasının növünə, hədəf qrupa, habelə məhkəmə təqibi və nəticələrinə görə tam təcrid olunmuş məlumatların hazırlanması və ya belə məlumatların ictimaiyyətə açıqlanması üçün heç bir addım atılmayıb. Bu tövsiyənin yerinə yetirilmədiyi qənaətinə gəlir”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
icma.az

1Mənbələr