ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İrəliləmək üçün heç bir maneə yoxdur”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun 8-ci iclası çərçivəsində keçirilən “Liderliyin kəsişməsində” adlı müzakirədə deyib.
“Niyə iki ölkə arasında sülh indi mümkün oldu” sualına Paşinyan belə cavab verib:
“Regionun və dünyanın vəziyyətinin təhlilindən sonra anladıq ki, Ermənistan və Azərbaycan üçün bəzi ortaq maraqlar mövcuddur. Onilliklər boyu davam edən düşmənçilikdən sonra başa düşmüşük ki, ümumi maraqlar naminə ortaq mövqelər tapmaq mümkündür”.
O əlavə edib ki, bu proseslər hər iki tərəfin suverenliyinin qorunmasına xidmət edir.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.