"Yuventus"un hücumçusu Kenan Yıldız Pol Poqbanın klub rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, türk oyunçu "qoca sinyora"nın A Seriyasının son turunda "Udineze"ni 3:1 hesabı ilə məğlub etdikləri görüşdə qol vurmaqla buna nail olub.
"Opta"nın məlumatına görə, Turin klubunun heyətində A Seriyasında bu mövsüm 11 qol vuran Kenan "Yuventus"un tarixində 20 yaşdan kiçik oyunçular üçün məhsuldarlıq rekorduna imza atıb. Əvvəllər bu rekorda Pol Poqba təkbaşına sahib idi. Kenanın fransız futbolçunu keçmək üçün kifayət qədər vaxtı var, çünki o, may ayında 21 yaşına çatacaq.
Ümumilikdə, Yıldız "Yuventus"da bütün yarışlarda 96 oyunda 19 qol vurub və 15 məhsuldar ötürmə edib.
Mirağa
 
                        