AZ

ATƏT Gürcüstanda sülh toplantısı hüququna təsir edən qanunvericiliyə hüquqi qiymət verəcək – ÖZƏL

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB/OSCE) Gürcüstanda qüvvəyə minmiş son qanunvericilik dəyişikliklərinə dair hüquqi qiymətləndirməni yaxın zamanda dərc edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə DTİHB/ATƏT-in yaydığı bəyanatda bildirilir.

Məlumatda qeyd olunur ki, qiymətləndirmə Gürcüstan ombudsmanının xahişi ilə aparılır və xüsusilə sülh yolu ilə toplaşmaq hüququna təsir edən qanunvericilik dəyişikliklərini əhatə edəcək.

DTİHB/ATƏT-in bəyanatında həmçinin vurğulanır: "Biz hadisələrin inkişafını diqqətlə izləyirik və Gürcüstanda demokratiyanın və insan hüquqlarının gücləndirilməsinə öz yardımımızı təklif etməyə davam edirik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr