AZ

Ukraynanın yeni silahı dünya bazarında görünəcək

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, yerli istehsal olan silahların idarəolunan ixrac proqramı noyabr ayında başlayacaq...

Poliqon xəbər verir ki, bu barədə Business Insider yazır.

Qeyd olunur ki, hazırda Ukrayna tərəfdaş ölkələrə silah ixracı planları üzərində işləyir. Bu, şirkətlərə istehsalı artırmağa və ölkənin müdafiə büdcəsinin çərçivəsindən kənara çıxmağa imkan verəcək. Ukrayna rəhbərliyinin açıqlamasına görə, layihənin əsas məqsədi milli müdafiənin qorunması, Rusiyanın Ukrayna texnologiyalarını əldə etməsinin qarşısının alınması və yalnız Ukraynanı dəstəkləyən ölkələrə ixrac həyata keçirilməsidir.

Ukrayna hökumətinin dəstəyilə fəaliyyət göstərən Brave1 adlı təşkilat - hərbi texnologiyaların inkişafını sürətləndirməklə məşğuldur - pilotsuz uçuş aparatlarını xaricə satış üçün hazır sistemlər kimi qiymətləndirib. İxrac üçün Ukraynada istehsal olunan yerüstü pilotsuz qurğular, pilotsuz aparatların proqram təminatı və dəniz dronları nəzərdə tutulur.

Məqalədə vurğulanır ki, hərbi zərurət Ukraynanın müdafiə sənayesinin sürətli inkişafına səbəb olub: şirkətlər artıq dronlar, artilleriya qurğuları, raketlər və digər avadanlıqlar istehsal edir.

"Ukrayna müdafiə sənayesinin bir çox nümayəndəsi çoxdan ixrac imkanlarının yaradılmasını tələb edir. Onların fikrincə, bu addım həmçinin hökumət rəsmilərinin də etiraf etdiyi problemi həll edərdi: ölkənin müdafiə müəssisələri Ukrayna Müdafiə Nazirliyinin ala biləcəyindən daha çox silah istehsal etməyə qadirdir", deyə məqalədə bildirilir.

Ukrayna Müdafiə Sənayesi Müəssisələri Milli Assosiasiyasının baş direktoru Sergey Qonçarov qeyd edib ki, ixracdan əldə edilən gəlir istehsalçıların imkanlarını genişləndirəcək, səmərəliliyi artıracaq və xərcləri azaldacaq. Bu da onların Ukraynanı daha effektiv şəkildə dəstəkləməsinə şərait yaradacaq. Onun sözlərinə görə, əlavə gəlirlər həmçinin yeni innovasiyaların tədqiqi və sınaqlarına yönəldilə bilər.

Bəzi Ukrayna şirkətləri bildiriblər ki, onlara icazə verildiyi anda xaricə satışa başlamağa hazırdırlar. Bu məqsədlə onlar artıq öz texnikalarını digər ölkələrdə tanıdır və məhsullarına əhəmiyyətli maraq müşahidə edirlər.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr