Beynəlxalq astronomlar qrupu xüsusiyyətlərinə görə Yerə bənzəyən ekzoplanetin kəşf edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, planet “GJ 251 c” adlanır və Yerdən təxminən 18 milyon işıq ili uzaqlıqda yerləşir. Həyatın inkişafı üçün lazım olan bütün şərtlərə cavab verdiyi qeyd olunur. Bu barədə “NotebookCheck” “IOPscience” nəşri məlumat yayıb.
Kəşf ulduzlardan gələn infraqırmızı siqnalları aşkar edən “Habitable Zone Planet Finder” spektroqrafı sayəsində mümkün olub. Tədqiqata görə, “GJ 251 c” Günəşin kütləsinin təxminən 36%-i olan, lakin səthinin temperaturu iki dəfə yüksək olan qırmızı cırtdan ulduzun ətrafında dövr edir. Buna baxmayaraq, planet öz ulduzundan cəmi 12 milyon kilometr uzaqda, "yaşayış zonası" deyilən yerdədir.
Planet və Ekzoplanet Elm və Texnologiya Konsorsiumunun astrofiziki Suvrat Mahadevanın sözlərinə görə, “GJ 251 c” növbəti 5-10 il ərzində atmosfer əlamətləri və mümkün həyatın axtarışı üçün ən perspektivli namizədlərdən biridir. Eyni zamanda, alimlər vurğulayırlar ki, son nəticəni yalnız atmosferin sıxlığını müəyyən etməyə qadir olan yeni nəsil teleskoplardan istifadə edərək əldə etmək olar.
 
                        