sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ötən mövsüm A Seriyasında ilin oyunçusu seçilən "Napoli"nin mərkəz yarımmüdafiəçisi Skott McTominay "Barselona"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu 28 yaşlı yarımmüdafiəçinin komandanın gücünə güc qatacağını düşünür. Rəhbərlik "Aston Villa"nın oyunçusu Amadou Onana kimi Skottu da qış "transfer pəncərəsi"ndə Kataloniyaya gətirməyi planlaşdırır.
Qeyd edək ki, McTominay "Tottenhem" və "Nyukasl"ın da maraq dairəsindədir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.