AZ

FED ikinci dəfə faiz dərəcəsini endirdi: Növbəti addım necə olacaq?

Müəllif:Mehin Qasımova,Banco.az

FED ikinci dəfə faiz dərəcəsini endirdi: Powell dekabrda yeni azalma ehtimalını istisna etdi

Banco.az xəbər verir ki, oktyabrın 28–29-da keçirilən iclasda ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 25 baza bəndi azaldaraq 3,75–4 faiz aralığına endirib. Bu, FED-in 2025-ci il ərzində ikinci faiz endirimi olub.

Eyni zamanda, FED dekabrın 1-dən etibarən balansının kiçilməsini dayandıracağını açıqlayıb.

Qərar 10 lehinə, 2 əleyhinə səslə qəbul edilib. Üzvlərdən Stiven Miran 50 baza bəndlik azalmaya, Cefri Şmidt isə məzənnənin dəyişməz saxlanmasına səs verib.

Qərar mətnində inflyasiyanın ilin əvvəlindən artdığı və hələ də nisbətən yüksək səviyyədə qaldığı qeyd olunub. Bununla yanaşı, son aylarda məşğulluq bazarında risklərin artdığı və işə qəbulun yavaşladığı vurğulanıb.

Mətbuat konfransında çıxış edən FED sədri Cerom Powell bildirib ki, dekabr ayında növbəti faiz endiriminin olacağı hələlik qəti deyil:

“İqtisadi göstəriciləri və inflyasiya məlumatlarını diqqətlə izləyirik. Dekabr toplantısında əlavə faiz endirimi barədə qərar indidən verilə bilməz.”

İqtisadçıların fikrincə, oktyabr qərarı bazar gözləntilərinə uyğun olub, lakin Powellin açıqlamaları FED-in gələcək pul siyasəti istiqaməti ilə bağlı qeyri-müəyyənliyi bir qədər artırıb.

Seçilən
21
1
banco.az

2Mənbələr