AZ

Göyərtəsində 200 sərnişin olan layner bir anda alovlandı: Dəhşət yaşandı

Misirdə Nil çayında "Iberotel Crown Empress" adlı kruiz gəmisi alovlara qərq olub.

Publika.az “VRT News”ə istinadən xəbər verir ki, göyərtədə 200-dən çox sərnişin olub və evakuasiya zamanı çaxnaşma yaranıb.

Hadisə oktyabrın 28-i axşam saatlarında Luksor və Edfu arasında baş verib. Bir turistin dediyinə görə, gəmidəki yanğın "tam xaos" idi. Şahidlərin sözlərinə görə, bəzi sərnişinlər keçid yolu ilə təhlükəsiz yerə qaça biliblər, digərləri isə kabinələrini tərk edə bilməyiblər və nəticədə iki kiçik qayıq tərəfindən xilas ediliblər.

Yanğın aşağı göyərtədən başlayıb. Tez bir zamanda korpusu bürüyüb və yaşayış sahələrinə ziyan vurub. Alov əsas çıxış yollarını bağlayıb. Ekipaj üzvləri təcili həyəcan siqnalını işə salıb və bütün sərnişinləri gəminin yuxarı hissəsinə çıxarıblar.

Seçilən
14
publika.az

1Mənbələr