Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyanın Busan şəhərindəki danışıqları başa çatıb.
Modeator.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
Bildirilir ki, ABŞ və Çin liderləri arasında görüş 1 saat 40 dəqiqə davam edib.
07:23
Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində görüşə başlayıblar.
Moderator.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Görüş Kyoncu şəhərində keçirilən Asiya-Sakit Okean Əməkdaşlığı Təşkilatının (APEC) 32-ci qeyri-rəsmi liderlər toplantısı çərçivəsində baş tutur.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tərəflər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Tramp isə görüş ərəfəsində çıxışında “ədalətli ticarət razılaşması”na ümid etdiyini bildirib. ABŞ lideri, həmçinin, Çindən idxal edilən mallara tətbiq edilən əlavə rüsumların azaldılması imkanını da nəzərdən keçirdiyini deyib. Bu rüsumlar əvvəlcə fentanil qaçaqmalçılığı ilə mübarizə adı altında tətbiq olunmuşdu.