AZ

Gədəbəydə quyuya düşən şəxs xilas edilib

BAKI, 30 oktyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Slavyanka kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən məlumatla görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Hüseynov Mehbalı həyətyanı sahədə 3 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Seçilən
39
5
teleqraf.com

10Mənbələr