Qazaxıstanın Aktau şəhərində Türkdilli dövlətlər arasında keçirilən beynəlxalq boccia turnirində Azərbaycan idmançıları fərdi yarışlarda parlaq nəticələr göstəriblər.
QHT.az xəbər verir ki, Bocciaçılarımız qazaxıstanlı və qırğızıstanlı rəqiblərini məğlub edərək ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanıblar.
Qaliblərin siyahısı:
-
Sona Ağayeva (BC2)
-
Günel Rzazadə (BC4)
-
Nəriman Pirquliyev (BC1)
-
Orxan Kərimov (BC2)
-
Zaur Veysəlov (BC4)
-
Bəhruz Mirzəyev (BC4)
Uğurlu çıxışları ilə Azərbaycanı layiqincə təmsil edən idmançılarımızı təbrik edirik!
Qeyd edək ki, təmsilçilərimiz sabah keçiriləcək komanda yarışlarında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandalarına qarşı mübarizə aparacaqlar.