Bakı. Trend:
Belçika müstəmləkəçiliyinə həsr edilmiş beynəlxalq tədbir ilkdəfə olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir.Tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo DemokratikRespublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlarvə rəsmi şəxslər iştirak edirlər.
Trend xəbər verirki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrəixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaşcəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlərqatılıb. İştirakçılar Belçikanın müstəmləkə cinayətlərini, onunneokolonial siyasətini və müstəmləkəçilikdən irəli gələnkompensasiya (reparasiya) məsələlərini müzakirə edirlər.
Bakı Təşəbbüs Qrupu beynəlxalq hüquq çərçivəsində Belçikanınmüstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbininbeynəlxalq səviyyəyə çıxarılması və bu mövzunun beynəlxalqtəşkilatların gündəliyinə salınması istiqamətində fəaliyyətgöstərir.
Tarixi faktlara görə, Belçika müstəmləkəçiliyi Konqo DemokratikRespublikasında 10 milyon insanın ölümünə, on minlərlə insanın əlilqalmasına və ölkənin mədəni sərvətlərinin talan edilməsinə səbəbolub. Ruanda və Burundidə isə Belçika 1933-cü ildə 600 min etnikkimlik kartı paylayaraq etnik bölünməni dərinləşdirib, bu dasonradan 1972 və 1994-cü illərdə baş verən soyqırımlara zəminyaradıb.
Bundan əlavə, 1940–1950-ci illərdə 20 min métis uşaqailələrindən zorla alınaraq Belçikaya aparılıb. Hazırda Belçikadayerləşən Tervuren Muzeyində müstəmləkə dövründə talan edilmiş 180min artefakt saxlanılır, onlardan 40 mindən çoxu Ruandadanaparılmış mədəni nümunələrdir.
BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın müstəmləkəaltında saxladığı ölkələrə vurduğu ziyanın araşdırılması üçünxüsusi komissiyanın yaradılması, arxivlərin açılması vəreparasiyaların ödənilməsi tövsiyə olunur. Hesabatda KonqoDemokratik Respublikası üçün 500 milyard avro, Burundi üçün isə 36milyard avro təzminat tələb edilir.
Hazırda da Belçika keçmiş müstəmləkə ərazilərində resurslara,xüsusilə kobalt mədənlərinin 80 faizinə nəzarəti saxlayaraqneokolonial istismar siyasətini davam etdirir.