BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Dina Taytes prezident Donald Trampın nüvə silahı sınaqlarının bərpası barədə göstərişinə qarşı çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində bildirib.
“Qətiyyən yox. Mən bu qərarı dayandırmaq üçün qanun layihəsi təqdim edəcəyəm,” - Taytes yazıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin digər dövlətlərlə “bərabər əsaslarla” nüvə silahı sınaqlarına başlaması barədə göstəriş verdiyini açıqlamışdı.
 
                        