AZ

Çernobılda mavi rəngə çevrilən itlər alimləri narahat edib

Tədqiqatçılar hadisəni kimyəvi təsir və genetik mutasiyalarla əlaqələndirirlər...

“Çernobıl itləri” adlı təşkilatın paylaşdığı videoda bir neçə it sürüsünün içərisində tamamilə mavi rəngə çevrilmiş heyvanların göründüyü əks olunub. Müşahidəçiləri ən çox narahat edən məqam odur ki, bu itlər bir həftə əvvəl adi rəngdə olublar. Hadisə xüsusilə diqqət çəkicidir, çünki bir müd

Poliqon xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Alimlərin sözlərinə görə, itlərin rənginin dəyişməsinin dəqiq səbəbi hələ müəyyən edilməyib, lakin ilkin ehtimallara əsasən, onlar hansısa kimyəvi maddənin təsiri altına düşüblər. Rəng dəyişikliyi narahatlıq yaratsa da, tədqiqatçılar qeyd edirlər ki, heyvanlar hələ də aktiv və sağlamdırlar.

“Çernobıl itləri” təşkilatı 2017-ci ildən bölgədə fəaliyyət göstərir və hazırda təxminən 700 itə yemək və tibbi yardım göstərir. Bu itlər 1986-cı ildəki Çernobıl qəzası zamanı evakuasiya edilən sakinlərin tərk etdiyi ev itlərinin nəslindəndir.

Tədqiqatçılar bildirirlər ki, mavi rəngin səbəbi ehtimal ki, xarici kimyəvi çirklənmədir və bu, bəlkə də yuyulmaqla aradan qalxa bilər. Bununla belə, hadisə Çernobıl zonasında aparılan çoxillik müşahidələrin bir hissəsi kimi diqqətlə izlənilir.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının bir reaktorunda baş verən partlayış nəticəsində tarixdəki ən böyük radioaktiv sızma qeydə alınmışdı. İnsanlar yüksək radiasiyadan qorunmaq üçün ərazini tərk etsələr də, vəhşi təbiət orada yaşamağa və uyğunlaşmağa nail olub. Hal-hazırda bölgədə radiasiya səviyyəsi 11,28 millibar təşkil edir — bu, işləyən insanlar üçün icazə verilən normadan altı dəfə yüksəkdir.

2024-cü ildə aparılan elmi araşdırma göstərib ki, Çernobıl zonasında yaşayan itlərdə unikal genetik mutasiyalar yaranıb. Onlar radiasiyaya, ağır metallara və çirklənməyə qarşı davamlılıq qabiliyyəti qazanıblar. Alimlər 116 qan nümunəsi toplayaraq itlərin digər bölgələrdəki növlərdən genetik cəhətdən fərqli iki populyasiyaya ayrıldığını müəyyən ediblər.

Kolumbiya Universitetindən ekoloji sağlamlıq üzrə mütəxəssis Norman Kleyman bildirib ki, tədqiqat zamanı 400-dən çox “anomallıq lokusu” – yəni genetik strukturda fərqli dəyişiklik sahələri aşkarlanıb. Onların arasında 52 genin çirklənmiş mühitin təsiri ilə əlaqəli ola biləcəyi düşünülür.

Mütəxəssislər hesab edirlər ki, bu mutasiyalar nəsildən-nəslə keçərək itlərin sərt və toksik mühitdə yaşamağa adaptasiyasını təmin edib, lakin mavi rəng hadisəsi bu prosesin yeni və hələ izah olunmamış nəticəsi ola bilər.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr