AZ

Qazaxıstan 2029 cu ilə qədər 150 milyard dollar investisiya cəlb etməyi hədəfləyir

ain.az, Azertag saytına istinadən bildirir.

Astana, 30 oktyabr, AZƏRTAC

Qazaxıstan 2029-cu ilə qədər ÜDM-ni ikiqat artıraraq 450 milyard dollara çatdırmaq və ən azı 150 milyard dollar investisiya cəlb etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə İnvestisiya Siyasəti Konsepsiyası yenilənib, vahid biznes ekosistemi yaradılıb, milli rəqəmsal investisiya platforması tətbiq olunub və “investisiyaya sifariş” prinsipi üzrə regional və sahə təklifləri formalaşdırılır.

60 milyon dollardan çox dəyəri olan layihələr üçün 25 il müddətində qanunvericilik sabitliyinə zəmanət verən investisiya sazişləri nəzərdə tutulub. 2024-cü ildə altı belə saziş, 2025-ci ildə isə daha 21 saziş imzalanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
azertag.az

1Mənbələr