AZ

Cənubi Koreya ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın gömrük rüsumlarınınazaldılması müqabilində 350 milyard dollar ödəyəcəyinibildirib.

Trend xəbər verirki, bu barədə Tramp "Truth Social" platformasında paylaşımedib.

“Cənubi Koreya ABŞ tərəfindən tətbiq edilən tarifləri azaltmaqüçün 350 milyard dollar ödəməyə razılaşıb. Onlar həmçinin neft vəqazımızı böyük həcmdə almağa razılıq veriblər. Bundan əlavə, CənubiKoreyanın varlı şirkətləri və sahibkarları tərəfindən ABŞ-yəyatırılacaq investisiyanın həcmi 600 milyard dolları ötəcək”, -deyə Tramp bildirib.

Tramp əlavə edib ki, “ABŞ və Cənubi Koreya arasında hərbiittifaq əvvəlkindən daha güclüdür. Buna görə də mən onlara köhnə,dizel mühərrikli sualtı qayıqları əvəz edəcək nüvə sualtı qayığıinşa etməyə icazə verdim”.

Seçilən
46
az.trend.az

1Mənbələr