Fransa Çempionatının 10-cu turunda “Nant” “Monako”nu qəbul edib.
İdman. Biz bildirir ki, qonaqlar oyunda 5-3 hesabı ilə qalib gəliblər.
“Monako”nun qollarını Mamadu Kulibali (6), Folarin Baloqun (41), Maqnes Akliuş (55) və Aleksandr Qolovin (75, 90+4) vurublar. “Nant”dan Bahereb Girassi (19, 45+6) və Mustafa Məhəmməd (80) fərqləniblər.
10 oyundan sonra “Nant” Liqa 1-in turnir cədvəlində doqquz xalla 15-ci, “Monako” isə 20 xalla ikinci yerdədir.