AZ

Cənubi Koreya ABŞ-dan çoxlu miqdarda qaz və neft alacaq

Cənubi Koreya ABŞ-dan çoxlu miqdarda qaz və neft alacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında bildirib.

"Onlar neftimizi və qazımızı çoxlu miqdarda almağa razılaşıblar", - Tramp yazıb.

Qeyd edək ki, 29-30 oktyabr tarixlərində Cənubi Koreyaya səfər edən Trampla Cənubi Koreya Prezidenti Li Ce Myonq arasında danışıqlar çərşənbə günü Gyeongju şəhərində baş tutub.

Seçilən
74
1
apa.az

2Mənbələr