AZ

Tramp bir neçə saat sonra Si Cinpinlə görüşəcəyini elan edib

Vaşinqton, 30 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp bir neçə saat sonra Cənubi Koreyada çinli həmkarı Si Cinpinlə görüşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Si Cinpinlə görüşü səbirsizlikə gözləyirəm. Bu, bir neçə saatdan sonra baş tutacaq”,- deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
43
2
azertag.az

3Mənbələr