AZ

“Bavariya” Keynin qolları ilə “Köln”ə qalib gəlib - VİDEO

Almaniya Kubokunun 1/16 final mərhələsində “Köln” və “Bavariya” qarşılaşıblar.

İdman.Biz bildirir ki, komandalar Köln şəhərində oynayıblar. Oyunda qonaqlar 4-1 hesabı ilə qalib gəliblər.

31-ci dəqiqədə ev sahibi komandanın hücumçusu Raqnar Açe ilk qolu vurub. 36-cı dəqiqədə qonaqların forvardı Luis Dias hesabı bərabərləşdirdi. 38-ci dəqiqədə Harri Keyn “Bavariya”nı irəli çıxarıb. 64-cü dəqiqədə Keyn ikinci qolunu vurub. 72-ci dəqiqədə hücumçu Maykl Olise “Köln”ün qapısına dördüncü qolu vuraraq yekun hesabı təsdiqləyib.

Almaniya Kubokunun ilk turunda “Köln” “Yan” komandasını 2-1 hesabı ilə məğlub edib. “Bavariya” isə “Veen” komandasına 3-2 hesabı ilə qalib gəlib.

Hazırkı Almaniya Kubokunun sahibi finalda “Arminiya”nı 4-2 hesabı ilə məğlub edən “Ştutqart”dır.

İdman.Biz

Seçilən
50
1
idman.biz

2Mənbələr