Bakı. Trend:
İspaniya hökuməti Türkiyənin ilk milli reaktiv təlim və yüngülhücum təyyarəsi HÜRJET-in alınmasını təsdiqləyib.
Trend xəbər verirki, tədarükün 2028-ci ildə başlaması və HÜRJET-lərin ən azı 30 ilxidmət etməsi gözlənilir.
Türkiyə Quru Qoşunları Şurasının məlumatına görə, İspaniya ilətəxminən 3,12 milyard avro dəyərində müqavilə imzalanacaq. Pireneyölkəsi Türkiyədən 45 HÜRJET almağı planlaşdırır.
Qeyd edək ki, HÜRJET-in 300-cü sınaq uçuşu ötən həftə uğurlabaşa çatıb.
