BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın gömrük rüsumlarının azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, Seul həmçinin ABŞ-dən daha çox neft və qaz almağa razılaşıb. Bundan əlavə, Cənubi Koreya şirkətləri və sahibkarlarının ABŞ-yə yatırımları 600 milyard dolları keçəcək.
Prezident vurğulayıb ki, iki ölkə arasındakı hərbi ittifaq indi hər zamankından da güclüdür.
“Ona görə də mən onlara köhnə tipli dizel sualtı qayıqlar əvəzinə atom sualtı qayığı inşa etməyə icazə verdim”, - Tramp qeyd edib.