Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin bir sıra oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, "Çelsi" səfərdə "Vulverhempton"un qonağı olub. "Zadəganlar" inamlı qələbə qazanaraq mərhələ adlayıblar - 3:4.
"Mançester Siti" aşağı liqa təmsilçisi "Suonsi" ilə səfər matçına çıxıb. "Şəhərlilər" yarışın 1/4 finalına vəsiqəni təmin etməyi bacarıblar - 1:3.
"Arsenal" öz meydanında "Brayton"la üz-üzə gəlib. "Topçular" inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər - 2:0.
Doğma azarkeşləri önündə "Kristal Pelas"la qarşılaşan "Liverpul" isə fanatlarını məyus edib. Mersisayd klubu böyük fərqlə məğlub olaraq turnirlə vidalaşıb - 0:3.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.