Argentina millisinin ulduz futbolçusu Lionel Messi 2026-cı il Dünya Kubokunda iştirak edib-etməyəcəyi barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Messi bildirib ki, hələ bu barədə qərar verməyib:

 “2026 Dünya Kubokunda oynayıb-oynamayacağımı hələ bilmirəm. Əlbəttə, orada olmaq, formda qalmaq və milliyə töhfə vermək istərdim. Amma doğrudan da orada olub-olmayacağımı zaman göstərəcək.”

Ulduz futbolçu qərarını “İnter Mayami” ilə yeni mövsüm öncəsi məşqlərə başladıqda verəcəyini söyləyib:

“Hər gün özümü necə hiss etdiyimi qiymətləndirəcəyəm. Özümü 100 faiz hazır hiss edirəmsə və həm kluba, həm də milliyə fayda verə biləcəyimə inanıramsa, o zaman qərarımı verəcəyəm.”

Messi Dünya Kubokunun onun üçün xüsusi yer tutduğunu da vurğulayıb:

“Dünya Kuboku futbolun zirvəsidir. Son Dünya Kubokunu qazanmaq inanılmaz idi və onu yenidən meydanda müdafiə etmək möhtəşəm olardı. Milli komandada oynamaq həmişə bir xəyal idi, xüsusilə də rəsmi turnirlərdə.”

Sonda argentinalı ulduz uşaqlıq arzusuna da toxunub:

“Dünya Kuboku mənim həyatımın ən böyük arzusu idi. Karyeramda çatışmayan yeganə şey idi. Artıq həm fərdi, həm də komanda səviyyəsində hər şeyi qazanmışam. Düşünürəm ki, bu, hər futbolçunun xəyalıdır – dünya çempionu olmaq.”