AZ

Hikmət Nağdəliyev: Gələn il növbəti filmi Azərbaycan ictimaiyyətinə təqdim edəcəyik

Qəbələ, 30 oktyabr, Leyla Muradzadə, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ölkəmizdə iki yeni milli park – Axar-Baxar və İlisu Milli parkları yaradılıb. Sevindirici haldır ki, məhz IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən Axar-Baxar Milli Parkının rəsmi açılışı olub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərbaycanın 12 möcüzəsi” adlı xüsusi layihənin koordinatoru Hikmət Nağdəliyev deyib.

"Artıq bir ildir ki, biz həm Axar-Baxar Milli Parkı, həm İlisu Milli Parkının ərazilərində çəkilişlərimizi davam edirik. Ümid edirik ki, 2026-ci ildə növbəti filmi Azərbaycan ictimaiyyətinə təqdim edəcəyik",- deyə o əlavə edib.

Seçilən
38
1
azertag.az

2Mənbələr