Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Uşi şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Paralel.az xəbər verir ki , 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. 
Qeyd edək ki, mundiala sabah yekun vurulacaq.
- Gecə Modu
 - Ana səhifə
 - Statistika
 - Mənbələr
 - Reytinq
 - Hava
 - Valyuta