AZ

44 günlük Vətən müharibəsinin xronikası: 30 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin oktyabrın 30-na olan xronikasını təqdim edir:

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsindəAzərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun dahabir neçə kəndi işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonlazəng edib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətiaçıqlayıb. Döyüşlər əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlıistiqamətlərində davam edib. Düşmənin məhv edilən hərbitexnikasının siyahısı.

- Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimizatəşə tutulub. Bərdəni atəşə tutan "Smerç" məhvedilməsinin videogörüntüsü yayılıb.

- Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisiməhv edilib.

- Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.

- Düşmənin raket-artilleriya silahları anbarı məhv edilməsininvideogörtüntüsü yayılıb.

- Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindənvideoreportaj hazırlanıb.

- Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2"Smerç" -in məhv edilməsinin videogörüntüsü yayılıb.

- Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə"Smerç" raketi atıb.

- Düşmənə dəqiq zərbələr endirilməsinin videogörüntüləri yayılıb. Düşmənin növbəti "Osa"ZRK-sı məhv edilməsinin videogörüntüsü yayılıb.

Seçilən
21
az.trend.az

1Mənbələr