AZ

Deputat Zelenskini ələ saldı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko (Rusiyada terrorçu və ekstremist siyahısında yer alır) prezident Vladimir Zelenskinin Moskvaya qarşı “elektrik enerjisini kəsmək” hədəsini istehza ilə qarşılayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Geoenergetika İnfo” teleqram kanalı məlumat yayıb.

Qonçarenko Kiyevin Müstəqillik Meydanında yerləşən “Ukrayna” otelinin qarşısında video çəkib. O, həmin binanın 2001-ci ilə qədər “Moskva” adlandığını xatırladaraq bildirib ki, bu gün orada işıqların sönməsi Zelenskinin sözlərinin simvolik reallaşması kimi görünür.

“Bu mənada o, doğrudan da, sözünün üstündə durdu”, – deputat istehzalı şəkildə deyib.

Xatırladaq ki, sentyabrın 27-də Vladimir Zelenski bəyan etmişdi ki, Ukrayna paytaxt Kiyevə endirilən zərbələrə cavab olaraq Moskvada işıqların kəsilməsi variantını nəzərdən keçirə bilər. O, bu məsələni Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü zamanı da müzakirə etdiyini əlavə edib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr