AZ

Pedrinin zədəsi ağırlaşdı

“Barselona”nın yarımmüdafiəçisi Pedri əvvəlki tibbi rəyin nəticələrindən daha ciddi zədələnib.

90deqiqe.Az “AS”a istinadən xəbər verir ki, əvvəl yalnız sol budun iki başlı əzələsinin yırtığı diaqnozlaşdırılmışdı, lakin əlavə olaraq sümüklərində sınıq aşkarlanıb. Bu səbəbdən futbolçu təxminən altı həftə oyunlardan kənar qalacaq.

Beləliklə, ispaniyalı Çempionlar Liqasının 5-ci turunda 25 noyabrda keçiriləcək “Çelsi” ilə matçda iştirak edə bilməyəcək. La Liqada isə ispaniyalı yarımmüdafiəçi altı qarşılaşmanı buraxmaq məcburiyyətində qalacaq.

Cari mövsümdə Pedri “Barselona” ilə 13 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
27
90deqiqe.az

1Mənbələr