AZ

“Yuventus” 3 xalı 3 qolla qazandı

İtaliya A Seriyasının 9-cu turunda “Yuventus” və “Udineze” qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun Turindəki “Allyanz” stadionunda baş tutub və turinlilər 3:1 hesabı ilə qalib gəlib. 

Duşan Vlahoviç 5-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək “Yuventus”u önə çıxarıb. Lakin 45+1-ci dəqiqədə Nikolo Dzanolo hesabı bərabərləşdirib. Ev sahiblərinin ikinci qolunu 67-ci dəqiqədə Federiko Qatti vurub, üçüncü qolu isə penalti zərbəsi ilə Kenan Yıldız qapıya göndərib.

Bu qələbədən sonra “Yuventus” 15 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib, “Udineze” isə 12 xalla 9-cu sırada qərarlaşıb.

Növbəti turda turinlilər 1 noyabrda səfərdə “Kremoneze” ilə qarşılaşacaq, “Udineze” isə eyni gün evdə “Atalanta”nı qəbul edəcək.

Seçilən
68
90deqiqe.az

1Mənbələr