Azərbaycan Memarlıq və İnşaat Universiteti İT avadanlıqları üçün tikili və avadanlıqların cari təmiri və lazım olan ləvazimatların alınması məqsədilə elan etdiyi tenderi ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin ləğv edilmə səbəbi odur ki, satınalmada iştirak etmək üçün təklifi və təminatı təqdim edən, tələb olunan lisenziyaya malik kifayət qədər təchizatçı olmayıb və nəticədə tələb olunan sayda iştirakçı müraciət etməyib.
Satınalmanın ehtimal olunan dəyəri 9 425 manat idi.
 
                        