Saray qəsəbəsində bir çox ərazidə işıq dirəkləri olsada, gecələr onların yandırılmaması sakinlərin ciddi narazılığına səbəb olur.
NOCOMMENT.az xəbər verir ki, bu vəziyyət həm piyadalar, həmdə sürücülər üçün təhlükə yaradır.
Xüsusilə Heydər Əliyev prospektində işıqlar uzun müddətdir ki, yanmır.
Xahiş edirik ki, bu məsələ ilə məşğul olan qurumlar problemi aradan qaldırsın və işıq dirəklərinin daimi yanmasını təmin etsinlər. Qaranlıq küçələr insanların təhlükəsizliyini riskə atır və bu, sakinlərin haqlı narazılığına səbəb olur.