AZ

Naxçıvan Sahibkarlığın İnkişafı Fondu tenderi ləğv etdi

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu nəqliyyat vasitələrinin satınalınması üzrə elan etdiyi tenderi ləğv edib. Ləğv edilmə səbəbi tələb olunan şərtlərə uyğun təchizatçıların sayının üçdən az olmasıdır; yəni, tenderə təklif və təminat təqdim etmiş, lakin tələb olunan lisenziyaya malik kifayət qədər şirkət iştirak etməyib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender çərçivəsində alınması nəzərdə tutulan sedan tipli avtomobil 2025-ci il buraxılışlı, yürüşü 0 km, benzin-hibrid mühərrikli, maksimum 195 at gücünə malik olmalı, ABS, EBD, BA, Blind Spot Monitor, 360° kamera və Lane Keep Assist kimi təhlükəsizlik sistemləri ilə təchiz olunmalı, panoramik şüşə tavan, qızdırılan və yaddaşlı oturacaqlar, Head-up display ilə interyeri zənginləşdirilmiş və qara rəngli, 19 düymlük təkər disklərinə sahib olmalı idi.

Eyni zamanda, tender çərçivəsində alınması nəzərdə tutulan offroader/SUV tipli avtomobil 2025-ci il buraxılışlı, yürüşü 0 km, mühərrik həcmi minimum 1700 sm³ və gücü 80 at gücü, tam 4×4 ötürücü ilə təchiz edilmiş olmalı, ABS, EBD, BAS, ISOFIX kimi təhlükəsizlik sistemlərinə malik, tünd boz və ya qara parça oturacaqlara, kondisionerə, qızdırılan ön oturacaqlara və ağ rəngli, 16–17 düymlük təkər disklərinə sahib olmalı idi.

Tenderin ləğv edilməsi ilə bağlı ətraflı məlumat Fonddan rəsmi açıqlama ilə təqdim olunub.

Seçilən
28
nocomment.az

1Mənbələr