GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Pakistanın müdafiə naziri Xavaca Asif İstanbulda aparılan sülh danışıqlarının uğursuzluğu barədə açıqlama verərək, Talibanı “məhv ediləcəyi” ilə kəskin şəkildə hədələyib.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə “X” hesabında yazıb.
O qeyd edib ki, atəşkəs danışıqları məqbul bir həll yolu olmadan başa çatıb və bu ay baş verən silahlı qarşıdurmalar bölgədə sülhə ciddi zərbə vurub.
“Pakistanın Taliban rejimini tamamilə məhv etmək və onu mağaralarına sıxışdırmaq üçün tam arsenalının bir hissəsini belə yerləşdirməsinə ehtiyac yoxdur… Biz artıq xəyanətə və istehzalara dözməyəcəyik. İndi savaş başlayır, hazır ola bilərik”.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.