BAKI, 29 oktyabr. TELEQRAF
Qərbi Avropa Rusiya Federasiyası ilə hərbi münaqişəyə hazırlaşarkən müharibə psixozu atmosferindən həzz alır.
Teleqraf xəbər verir ki, bunu "RBC"yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr QruşkoMoskvanı xəritədən silməklə hədələyən Belçikanın müdafiə naziri Teo Frankenə cavab verərkən bildirib.
Diplomatın fikrincə, bu bəyanatı sadəcə olaraq ritorika kimi qiymətləndirmək olar.
"O nazirə sual verilməlidir ki, Belçika Moskvanı yer üzündən necə silməyi planlaşdırır? Onun fikirlərinə ciddi şərh vermək mümkün deyil", - Qruşko bildirib.
Oktyabrın 28-də Rusiyanın Belçikadakı səfirliyi Frankenin “Moskvanı xəritədən silmək” təhdidini anormal hal kimi pisləyib.