AZ

“Florian Virts "Liverpul"da parlayacaq”

"Tottenhem" və "Mançester Yunayted"in sabiq futbolçusu Dimitar Berbatov “Liverpul”un gənc transferi Florian Virtsin böyük potensiala malik olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 44 yaşlı keçmiş futbolçu bunu Riyo Ferdinandın podkastında deyib:

“Virtsin oyun anlayışı, boşluqları görməsi, mövqeyini seçməsi, toxunuşları, improvisasiyaları, ötürmələri və zərbələri heyranedicidir. Kimlərsə deyə bilər ki, onun bədəni Premyer Liqa üçün uyğun deyil, amma Modyriçə baxın – bədən quruluşu eynidir və o, əsl canavardır. Virtsə vaxt verin, o, ‘Liverpul’da fantastik oyunçu olacaq.”

2025/2026 mövsümündə Virts 13 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.

Seçilən
33
90deqiqe.az

1Mənbələr