AZ

“Laundry Cafe”yə cərimə – Daha əvvəl məhkəməlik olmuşdu

“Laundry Cafe” Məhdud Məsuliyyətli Cəmiyyətinə vergi orqanları tərəfindən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qərar operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt” əsasında qəbul olunub.

Vergi yoxlamaları zamanı şirkətin nağd əməliyyatlar zamanı qaydalara tam əməl etmədiyi müəyyənləşib.

“Laundry Cafe” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır, şirkətin qanuni təmsilçisi isə Şəlalə Şahbalayeva Cəlal qızıdır.

Qeyd edək ki, “Laundry Cafe” MMC quru təmizləmə və camaşırxana xidmətləri göstərir.

Xatırladaq ki, ötən ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi “Laundry Cafe” ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdi.

Seçilən
26
nocomment.az

1Mənbələr