AZ

Sabir Rüstəmxanlı qızı ilə Elçinin ayrılığından danışdı FOTOLAR

ain.az bildirir, Shownews saytına əsaslanaraq.

Xalq şairi Sabir Rüstəmxanlı qızı Aydan Rüstəmxanlı ilə müğənni Elçin Cəfərovun münasibətlərindən danışıb.

OLAY yazır ki, bu barədə S. Rüstəmxanlı “Həftənin qonağı” verilişində açıqlama verib. O, Elçinlə bağlı bunları söyləyib:

“Yaradıcı insan kimi ona hörmətim var. Amma yaradıcı insanların yaxşı ailə başçısı olması çətindir. Gərək bunu düşünsünlər. Ümumiyyətlə uşaqlarım seçimlərini özləri edib”.

Xalq şairi qızı Elçinin boşanması haqda sualı belə cavablandırıb:

“Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var. Rəsmiyyət hər şeyi həll etmir. Hələ heç nə deyə bilmərəm. İndiki uşaqların nə ayrılığı bilinir, nə də bir yerdə olmağı. O şeylərə qarışmıram, bu barədə danışmaq da istəmirəm”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
9
icma.az

10Mənbələr