AZ

FED əsas faiz dərəcəsini yenidən endirib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinəyetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 0,25baza bəndi azaldaraq illik 3,75–4% aralığına endirib.

Trend xəbər verirki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrəFederal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatındaqeyd olunub.

FOMC həmçinin balans aktivlərinin azaldılmasını dekabrın 1-dəbaşa çatdıracağını açıqlayıb. FED-in növbəti iclası dekabrın9–10-da keçiriləcək.

Qeyd edək ki, faiz dərəcəsi ötən ilin dekabr ayından bəri ilkdəfə olaraq əvvəlki iclasda azaldılmışdı.

Bildirilib ki, ABŞ hökumətinin fəaliyyətinin dayandırılmasısəbəbindən tənzimləyici qurum bir sıra vacib iqtisadi məlumatlarıaçıqlamayıb. Federal hökumətin maliyyələşdirilməsinindayandırılması respublikaçılar və demokratlar arasında büdcəxərcləri ilə bağlı razılaşmanın hələ əldə olunmaması ilə izahedilir.

Seçilən
45
6
az.trend.az

10Mənbələr