Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin sabah, 30 oktyabrda Cənubi Koreyanın ikinci ən böyük şəhəri olan Busanda görüşəcəklər.
Bu, Cənubi Koreyanın Gyeongju şəhərinin ev sahibliyi edəcəyi APEC sammitindən əvvəl baş tutacaq.
İki liderin Çin-ABŞ münasibətlərini və hər iki tərəf üçün ortaq maraq doğuran digər məsələləri müzakirə etməsi gözlənilir. Amerika lideri qarşıdan gələn görüşdən yüksək gözləntilərə malikdir və bunu Cənubi Koreya Prezidenti Li Ce Myonqla danışıqları zamanı bildirməyi planlaşdırır: “Hamımız bunu çox səbirsizliklə gözləyirik və düşünürəm ki, bu, hər kəs üçün yaxşı nəticələnəcək. Bu səfər zamanı əsas diqqətimiz də budur”, – Donald Tramp deyib.
Xatırladaq ki, əvvəllər ABŞ prezidenti Çin mallarına tətbiq etdiyi nəhəng tariflərlə Çini məhv etmək istəmədiyini və bu barədə son qərarı Çin Prezidenti Si Cinpinlə şəxsi görüşdən sonra verəcəyini bildirmişdi.
//Samir Qurbanov, Editor.az